Top Gear-in keçmiş aparıcısı Riçard Hammond avtomobil qəzasına düşüb
The Grand Tour aparıcısı, Top Gear-in keçmiş aparıcısı Riçard Hammond İsveçrədə çəkilişlər zamanı avtomobil qəzasına düşüb.
Riçard Hammond İsveçrədə The Grand Tour şousunun çəkilişləri zamanı baş verən yol qəzasından sonra xəstəxanaya çatdırılıb. Aparıcı dizindən zədə alıb. Qəzadan bir qədər sonra aparıcının idarə etdiyi elektrokar alışır, Hammond avtomobildən vaxtından çıxır və uzaqlaşır. Bundan sonra partlayış baş verir.
Aparıcıdan başqa maşında heç kim olmayıb. Hammond Rimac Concept One elektromobilini sürüb. Qəzanın səbəbləri barədə məlumat yoxdur.